Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/21/2026

Paylaşın

GÜNDƏM

Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək

İtaliya və Azərbaycan arasında iqtisadi və sənaye əməkdaşlığının gücləndirilməsi, eləcə də yaxın vaxtlarda Bakıda keçiriləcək ikitərəfli Biznes Forumuna hazırlıq məsələləri müzakirə olunub.
Baki-baku.az xəbər verir ki, bu barədə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi bildirib.
Onun sözlərinə görə, bununla bağlı Romada İtaliya Sənaye Konfederasiyasının (“Confindustria”) qərargahında görüş keçirilib.
Görüşdə İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, müəssisələr və “Made in Italy” naziri Adolfo Urso, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, eləcə də Azərbaycanın aparıcı dövlət və özəl şirkətlərinin nümayəndələri iştirak ediblər.
M. Traldi qeyd edib ki, görüş İtaliya şirkətləri üçün Azərbaycan bazarının təklif etdiyi əməkdaşlıq imkanlarını daha dərindən öyrənmək baxımından mühüm fürsət yaradıb.
Yaxın vaxtlarda Bakıda keçiriləcək ikitərəfli Biznes Forumunun iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə töhfə verməsi gözlənilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi bildirib.

Ən son

GÜNDƏM

20 oktyabr 2026-cı il tarixində, Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) “Süni

GÜNDƏM

20 oktyabr 2026-cı il tarixində, Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) “Süni
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin