Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/21/2026

Paylaşın

Mədəniyyət

Şəkidə V Beynəlxalq Teatr Festivalı keçiriləcək

V Beynəlxalq Teatr Festivalı

Oktyabrın 1-dən 5-dək Şəkidə V Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək. Şəki Dövlət Dram Teatrının Repertuar və dramaturgiya üzrə mütəxəssisi Lalə Məmmədova bildirib ki, Şəki şəhəri növbəti dəfə müxtəlif ölkələrin teatr kollektivlərini bir araya gətirəcək. Onun sözlərinə görə, Şəki Beynəlxalq Teatr Festivalının zəngin və özünəməxsus tarixi var. 2014-cü ildən etibarən keçirilən festival Azərbaycan teatr tarixində ənənəvi olan ilk beynəlxalq dramatik teatrlar festivalı kimi qeyd olunur.

Baki-baku.az xəbər verir ki, Festivalın ilkin dövründə Qazaxıstan, Rusiya və Azərbaycan teatrları iştirak edib. II Şəki Beynəlxalq Teatr Festivalında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İran, Ukrayna, Gürcüstan, Rusiya və Azərbaycan, III festivalda Türkiyə, Meksika, İran, Gürcüstan, Rusiya və Azərbaycan, IV festivalda isə Qazaxıstan, Özbəkistan, Türkiyə və Azərbaycan teatrları müxtəlif janrlarda tamaşalar təqdim ediblər.

Şəki Dövlət Dram Teatrında mütəmadi olaraq keçirilən beynəlxalq teatr festivallarının əsas məqsədi Azərbaycan və dünya teatrları arasında yaradıcılıq əlaqələrinin inkişaf etdirilməsi, dostluq münasibətlərinin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması, eləcə də əməkdaşlıq memorandumları və müqavilələrin imzalanmasıdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə keçiriləcək V Şəki Beynəlxalq Teatr Festivalında Azərbaycan teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İranın teatr kollektivləri də iştirak edəcəklər.

Festival çərçivəsində təqdim olunacaq tamaşaların teatrsevərlərə müxtəlif ölkələrin səhnə sənəti və yaradıcılıq ənənələri ilə tanış olmaq imkanı yaradacağı gözlənilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 sentyabr 2023-cü il Azərbaycan tarixinin yaddaşına mühüm hadisələrdən biri kimi yazıldı

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin