Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/21/2026

Paylaşın

GÜNDƏM

Bəzi ərazilərdə işıq olmayacaq

IMG-20260821-WA0005

Bakı və Sumqayıtın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Baki-baku.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 21-də paytaxtın Yasamal və Nərimanov rayonlarında bir neçə transformator məntəqəsində (TM) təmir işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində saat 10:00-dan 13:00-dək İzmir, Nəriman Nərimanov və Mətbuat küçələrinin bir sıra hissələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Nərimanov RETSİ-nə daxil olan Vladimir Mayakovski və İsmayıl Hidayətzadə küçələrinin bəzi hissələrində, eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yerləşdiyi ərazidə saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Həmçinin Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/10/6 kV-luq “Nübar” yarımstansiyasında 10/6 kV-luq elektrik yuvalarında təmir işləri aparılacaq.

Beləliklə, planlı fasilə saat 10:00-dan 17:00-dək Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi ərazilərini əhatə edəcək.

Görülən işlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacağı bildirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Macarıstanın "Turan" Fondunun təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə 14-16 avqust tarixlərində Macarıstanın Buqaç şəhərində IX Böyük Hun-Türk Qurultayı

Ən son

GÜNDƏM

Bakıda 78 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

GÜNDƏM

Bakıda 78 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin