Bir çox insanlar sağlam qidalanmağa çalışaraq, adi kartof çipsləri əvəzinə tərəvəz çipsləri seçir. Lakin bu cür əvəzləmənin gözlənilən faydası olmayacaq.
Baki-Baku.az bu barədə “Daily Mail“ə istinadən xəbər verir.
Kanadalı diyetoloq Ebbi Şarp bildirib ki, tərəvəz çipslərinin qida dəyəri aldadıcıdır.
“Kalori miqdarı az olmasına baxmayaraq (porsiyası 130-a qarşı 160), tərəvəz çipslərində klassik kartof çipsləri ilə müqayisədə daha çox karbohidrat və natrium, daha az zülal və sellüloza var. Tərəvəz çipsləri əslində, kartofdan, daha dəqiq desək, kartof nişastası və unundan hazırlanır. İspanaq və tomat pastası kimi faydalı inqrediyentlər, əsasən məhsulların cəlbedici görünüşü və zəngin rəngi üçün əlavə edilir. Tərəvəz çipslərinin istehsalı üçün lazım olan mürəkkəb emal prosesi də vəziyyəti daha da pisləşdirir. Adi çipslər isə yalnız kartof, yağ və duzdan ibarətdir”, – deyə o bildirib.