Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/02/2026

Paylaşın

GÜNDƏM

Payızda Bakıdakı piyada keçidlərində eskalatorlar və bəzi liftlər yenilənəcək

Eskalator

Payız aylarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və bəzi liftlər yenilənəcək.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Baki-baku.az-a verilən məlumata görə, bu işlər çərçivəsində bu sahədə dünyanın aparıcı istehsalçılarından biri hesab olunan Finlandiyanın məşhur “KONE” şirkətinin istehsalı olan yeni, müxtəlif hava şəraitlərinə davamlı olan eskalatorlar artıq sifariş olunub, hazırda istehsalçı zavod tərəfindən mexanizmlərin individual ölçü və texniki göstəricilərə uyğun istehsalı başlayıb. Bu ilin oktyabr-noyabr aylarından etibarən onların paytaxta gətirilərək mərhələli şəkildə quraşdırılması işlərinə başlanılacaq.

Həmçinin qeyd edilib ki, sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur.

Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənəndən sonra balansa qəbul ediləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyunun 30-da Şəki Dövlət Dram Teatrında talassemiya xəstəliyindən dünyasını dəyişmiş 13 yaşlı Emilin xatirəsinə həsr olunmuş "Onlardan biri:

Ən son

HƏR ŞEYDƏN

Bu, "Turacı" rəqsidir – sözün susduğu, hisslərin isə rəqsin dili ilə danışdığı nadir sənət nümunələrindən

HƏR ŞEYDƏN

Bu, "Turacı" rəqsidir – sözün susduğu, hisslərin isə rəqsin dili ilə danışdığı nadir sənət nümunələrindən
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin