Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/23/2026

Paylaşın

HƏR ŞEYDƏN

Sokotra — təbiətin sanki öz qanunlarını unutduğu ada

Yer üzündə elə bir məkan var ki, mənzərələri daha çox fantastik filmin kadrlarını xatırladır. Burada ağaclar nəhəng çətirlərə bənzəyir, bitkilər gövdələrində su toplayır, bəzi heyvanlara isə dünyanın başqa heç bir yerində rast gəlinmir. Bu, Hind okeanında yerləşən və Yəmənə məxsus olan sirli Sokotra adasıdır.

Sokotra milyonlarla il materiklərdən təcrid olunmuş şəraitdə inkişaf edib. Bunun sayəsində burada heyrətamiz bir aləm qorunub saxlanılıb. UNESCO-nun məlumatına görə, yerli bitki növlərinin 37 faizinə, sürünən növlərinin 90 faizinə və quruda yaşayan ilbiz növlərinin 95 faizinə arxipelaqdan kənarda təbii şəraitdə rast gəlmək mümkün deyil.

Adanın əsas rəmzi əjdaha ağacıdır. Onun budaqları açılmış çətiri xatırladan çətirvari tac əmələ gətirir. Lakin ən qeyri-adi xüsusiyyəti daxilində gizlənir: qabığı zədələndikdə ağac “əjdaha qanı” adlandırılan qırmızı qatran ifraz edir. Qədim dövrlərdə bu qatrandan boya və müalicə vasitəsi kimi istifadə olunub.

Burada bitən səhra qızılgülü də qeyri-adi görünüşü ilə heyrətamizdir. Onun yoğun gövdəsi şüşəni xatırladır, budaqlarını isə gözəl çəhrayı çiçəklər bəzəyir. Bitki quraqlığa tab gətirmək üçün gövdəsində su toplayır.

Sokotrada hətta xiyar ağacı da bitir! Adi xiyardan tamamilə fərqli görünsə də, bu ağac da balqabaqkimilər fəsiləsinin nümayəndəsidir. Burada narın nadir bir qohud növünə də rast gəlinir. Bitkinin bu növü yabanı halda yalnız arxipelaqda bitir.

Adanın heyvanlar aləmi də qeyri-adidir. Burada dünyanın başqa heç bir yerində rast gəlinməyən nadir quşlar, kərtənkələlər və digər canlılar yaşayır. Sahil sularında isə yüzlərlə balıq və mərcan növü qeydə alınıb.

Buradakı mənzərələr də insanı heyran edir: ağappaq çimərliklər nəhəng qum təpələri, uca dağlar və mağaralarla qonşuluq edir. Bəzi dağlıq ərazilərdə bitkilər ehtiyac duyduqları rütubəti hətta dumandan da alır.

Sokotra sakinlərinin ərəb dilindən fərqlənən öz dili — sokotri dili var. Ada sakinləri əsrlər boyu adət-ənənələrini qoruyub saxlayıb, balıqçılıqla məşğul olub və adanın təbii sərvətlərindən istifadə ediblər.

2008-ci ildə arxipelaq UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu gün onu “Hind okeanının Qalapaqos adaları” adlandırırlar.

Sokotra milyonlarla il öz qanunları ilə inkişaf edən təbiətin necə möcüzələr yarada bildiyini nümayiş etdirir.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məhz bu üsulla aparılan araşdırmanın nəticələrinə görə, amerikalı rejissor və ssenarist Skott Derriksonun “Sinister” filmi tarixin ən qorxulu

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin