Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/23/2026

Paylaşın

GÜNDƏM

Yasamalda evin zəminindən su axması ilə bağlı məsələyə aydınlıq gətirildi – RƏSMİ

Bakının Yasamal rayonu, Vasif Əliyev küçəsi, ev 400 ünvanında evin zəminindən su axması ilə bağlı problem yaranıb. Belə ki, bu halla bağlı şikayət edən sakin evin hər an uçmaq təhlükəsi ilə üzləşdiyini qeyd edib.

Baki-baku.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Su Təchizatı Xidmətindən bildirilib ki, sosial şəbəkədə yayılan şikayət əsasında əraziyə Yasamal Sukanal İdarəsinin qəza briqadası cəlb olunub.

Araşdırma zamanı ərazidəki tullantı su xəttinin tutulduğu aşkarlanıb. Xətt yuyularaq açılıb və şəbəkədəki problem aradan qaldırılıb.

Qurumdan vətəndaşın evindəki vəziyyətlə bağlı da açıqlama verilib. Bildirilib ki, evin zəmini vətəndaş tərəfindən qazılıb və oradakı mövcud vəziyyətin su təchizatı xidməti ilə heç bir əlaqəsi yoxdur.

Xidmətdən, həmçinin tullantı su xətlərində tutulmaların əsas səbəblərindən birinin məişət tullantılarının kanalizasiyaya atılması olduğu vurğulanıb. Qeyd edilib ki, salfet, qida qalıqları, sellofan və digər tullantıların kanalizasiya xətlərinə atılması onların yığılaraq tutulmasına, nəticədə isə antisanitar vəziyyətin yaranmasına səbəb olur.

Sakinlərdən kanalizasiya xətlərinə tullantı suyundan kənar əşyalar atmamaq, şəbəkədən təyinatına uyğun istifadə etmək və tullantıları müvafiq qaydada atmaq xahiş olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 22-də sərgi ilə tanış olub

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədbirlərdə “Balaca Şahzadə” uşaq bağçasının balaca fidanları, “İdrak” liseyi, 144, 221,

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədbirlərdə “Balaca Şahzadə” uşaq bağçasının balaca fidanları, “İdrak” liseyi, 144, 221,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin