Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/18/2026

Paylaşın

GÜNDƏM

Paytaxtda növbəti daxili iməclik keçirilib

Yaz mövsümü ilə əlaqədar şəhərin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə aprelin 18-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməclik keçirilib.
Baki-baku.az xəbər verir ki, səhər saatlarında keçirilən iməclik həm şəhər mərkəzində, həm də paytaxt qəsəbələrindəki prospekt və küçələri, ara yolları əhatə edib. Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb, yol kənarlarında əsaslı təmizlik işləri görülüb.

Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların, avtobus dayanacaqlarının yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələri təmizlənib.
Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri də təmizlənərək ətrafında səliqə-sahman işləri aparılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən də gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpaq yuyulub, onlara aqrotexniki qulluq göstərilib, zədələnən budaqlar budanıb. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri yaz mövsümündə Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldilməsinə öz tövhəsini verib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az amerikalı yazıçı və jurnalist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, Pulitser mükafatı laureatı Ernest Heminqueyin “Köhnə cəbhəyə qayıdış”

Ən son

GÜNDƏM

Azərbaycan da zəngin tarixi irsi ilə bu günün fəal iştirakçılarındandır

GÜNDƏM

Azərbaycan da zəngin tarixi irsi ilə bu günün fəal iştirakçılarındandır
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin