Bakı Ekspo Mərkəzində keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisinə kitabsevərlərin rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar təşkil edilir.
Bu barədə Baki-baku.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xüsusi avtobuslar oktyabrın 21-dən 27-dək metronun “Koroğlu” stansiyasından Bakı Ekspo Mərkəzinə hərəkət edəcək.
Sərginin iş vaxtı hər gün saat 10:00–20:00 arasıdır. Bütün ziyarətçilərin sərgi məkanına girişi ödənişsizdir.
Xatırladaq ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunub.