Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb.
Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar.
A.Cəfərli üçüncü yer uğrunda görüşdə italiyalı Qabriele Nikkoliniyə tam üstünlüklə (10:0) qalib gəlib. X.Karsanov rusiyalı Andrey Bestayevi 8:1 hesabı ilə üstələyib.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) bürünc, qadın güləşçilərdən Günay Qurbanova (59 kq) gümüş medal qazanıblar.