Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/30/2025

Paylaşın

GÜNDƏM

Avtomobillər üçün çipsiz nömrələr – Təhlükəsizlik necə təmin ediləcək?

Çipsiz nömrələr, Nömrə, Avtomobil

Xəbər verdiyimiz kimi, əldə etdiyimiz məlumata görə, avtomobillər üçün yeni dövlət qeydiyyat nişanlarının çipsiz verilməsinə başlanıb. Artıq vətəndaşlar sosial şəbəkələrdə əldə etdikləri çipsiz nömrələri paylaşırlar.

İstifadə olunan çipli nömrələr avtomobillərə nəzarət, hər hansı hadisə baş verərsə avtomobillərin tapılması və təhlükəsizlik baxımından rol oynayırdı. Bəs çipsiz nömrələrə keçid bu prosesə necə təsir edəcək?

Mövzu ilə əlaqədar Baki-baku.az-a fikirlərini bölüşən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu, əslində texniki məsələdir: “Avtomobil nömrələrində çip müəyyən edilən standartlar əsasında qoyulurdu. Görünür, həmin dövr bunu tələb edirdi. Artıq hər yerdə kamera var, radar sistemləri var. Bunun vasitəsilə avtomobillərin təhlükəsizliyinə nəzarət etmək mümkündür. Bu səbəbdən düşünürəm ki, avtomobillər üçün yeni dövlət qeydiyyat nişanlarında çipin qoyulmasının əhəmiyyəti yoxdur. Hələ ki, çipsiz nömrələrə keçidlə bağlı rəsmi açıqlama da yoxdur”.

Qeyd edək ki, artıq 14 ildir ki, (21 noyabr 2011 – oktyabr 2025) çipli nömrələrin satışı həyata keçirilir. Yeni dövlət qeydiyyat nişanları isə indi çipsiz verilir.

Vətəndaşlar köhnə avtomobil nömrələrini dəyişib, çipsiz yeni nömrə ilə əvəzləyə bilərlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları Yasamal rayonu, Bəsti Bağırova və Cəfər Cabbarlı, eləcə də Cəfər Cabbarlı və

Ən son

GÜNDƏM

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı bütün

GÜNDƏM

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı bütün
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin