Nəşr edilmişdir 06/05/2025

Paylaşın

GÜNDƏM

İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi

Qurban bayramı münasibətilə, Qurban Bayramı

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Baki-baku.az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

Dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə bərabərliyə, qardaşlığa və fədakarlığa dəvət edir.

Cəmiyyətimizdə humanizmi və xeyirxahlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və təntənə ilə keçirilir. Bu günlərdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, saf niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.

Əziz bacı və qardaşlarım!

Mübarək Qurban bayramı günlərində bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!”

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az paylaşımı təqdim edir:

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu əlamətdar bayram münasibətilə Pirallahı rayonunda da müxtəlif tədbirlər həyata keçirilib,

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu əlamətdar bayram münasibətilə Pirallahı rayonunda da müxtəlif tədbirlər həyata keçirilib,