Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/15/2026

Paylaşın

İQTİSADİYYAT

“Ziraat Bank Azərbaycan”ın problemli kreditləri 2 dəfədən çox artıb

"Ziraat Bank Azərbaycan", Kredit

“Ziraat Bank Azərbaycan” ASC bu ilin I rübünü 5,571 milyon manat xalis mənfəətlə başa vurub.

Baki-baku.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56 % çoxdur.

Yanvar-mart aylarında “Ziraat Bank Azərbaycan”ın əməliyyat gəlirləri 31,166 milyon manat (1 il əvvələ nisbətən 64,5 % çox), əməliyyat xərcləri 20,615 milyon manat (60,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 3,687 milyon manat (2 dəfə çox), gözlənilməz gəlirləri 42 min manat (42 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,335 milyon manat (96,9 % çox) təşkil edib.

Bu il aprelin 1-nə “Ziraat Bank Azərbaycan”ın aktivləri 1 milyard 442,705 milyon manat olub ki, bu da illik müqayisədə 58,7 % çoxdur. Bunun 756,663 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 34 % böyüyüb.

İl ərzində kredit təşkilatının vaxtı keçmiş kreditləri isə 2,3 dəfə artaraq 128,086 milyon manata çatıb.

Hesabat dövründə “Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 65,3 % artaraq 1 milyard 274,983 milyon manata, o cümlədən depozit portfeli 50 % artaraq 706,774 milyon manata, balans kapitalı isə 21,6 % artaraq 167,723 milyon manata çatıb.

Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin “Ziraat Bank”ına, 0,01%-i “Zıraat Sıgorta” şirkətinə, 0,01%-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətnin məlumatında qeyd edilib.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətnin məlumatında qeyd edilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin