Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/15/2026

Paylaşın

GÜNDƏM

“Bank Avrasiya” zərərlə işləməyə başlayıb

WhatsApp Image 2026-04-15 at 12.01.28

“Bank Avrasiya” ASC bu ilin I rübünü 937 min manat zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünən 1,977 milyon manat mənfəətlə çıxmışdı.
Baki-baku.az xəbər verir ki, yanvar-mart aylarında “Bank Avrasiya”nın əməliyyat gəlirləri 5,093 milyon manat (1 il əvvələ nisbətən 8,9 % çox), əməliyyat xərcləri 3,561 milyon manat (25,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,548 milyon manat (21,6 dəfə çox), gözlənilməz gəlirləri isə 80 min manat (3,1 dəfə az) təşkil edib.
Bu il aprelin 1-nə “Bank Avrasiya”nın aktivləri 213,948 milyon manat olub ki, bu da illik müqayisədə 8,9 % çoxdur. Bunun 118,942 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,5 % böyüyüb.
Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 13,7 % artaraq 124,913 milyon manata, o cümlədən depozit portfeli 26,8 % artaraq 72,754 milyon manata, balans kapitalı isə 2,9 % artaraq 89,035 milyon manata çatıb.
Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,8 milyon manatdır. Bankın səhmlərinin 49,5 %-i “Azbizneskom” MMC-yə, 49,5 %-i “Top Properties” MMC-yə, 1 %-i isə Rüstəm Eynullayevə məxsusdur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Venesiya – İtaliyanın şimal-şərqində, Adriatik dənizinin sahilində, laquna üzərində qurulmuş nadir şəhərlərdən biridir.

Ən son

GÜNDƏM

Bakı şəhərinin Nərimanov rayonunda yaşıllıq sahələrinin yenilənməsi istiqamətində növbəti mərhələyə start verilib

GÜNDƏM

Bakı şəhərinin Nərimanov rayonunda yaşıllıq sahələrinin yenilənməsi istiqamətində növbəti mərhələyə start verilib
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin