Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/05/2026

Paylaşın

GÜNDƏM

5 avqust – Azərbaycanın dəniz sərhədlərinin keşiyində duranların günü

WhatsApp Image 2026-08-05 at 09.39.12

Avqustun 5-i Azərbaycanda Hərbi Donanma Günü kimi qeyd olunur. Bu əlamətdar tarix ölkənin dəniz sərhədlərinin qorunmasında, Xəzərdə təhlükəsizliyin təmin edilməsində və hərbi-dəniz qüvvələrinin inkişafında xidmət göstərən hərbçilərə ehtiramın ifadəsidir.

Azərbaycan hərbi dəniz donanmasının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. 1919-cu ildə ingilis qoşunları Bakını tərk edərkən şəhər limanının idarəçiliyi və bir sıra hərbi gəmilər Azərbaycan hökumətinə təhvil verildi. Məhz həmin gəmilər əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanmasının əsası qoyuldu. Bu addım gənc dövlətin dənizdə suverenliyinin təmin olunması baxımından mühüm tarixi hadisə idi.

Donanmanın yaradılması ilk vaxtlarda müxtəlif maneələrlə üzləşdi. Cənubi Rusiya Silahlı Qüvvələri Xəzərdə yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququna malik olduğunu iddia etsə də, Azərbaycan hökuməti bu mövqeyi qətiyyətlə rədd etdi və diplomatik səylər nəticəsində öz suveren hüququnu müdafiə etməyə nail oldu.

1919-cu ilin sonlarında donanmanın gücləndirilməsi istiqamətində geniş tədbirlər həyata keçirildi. General İbrahim ağa Usubovun rəhbərlik etdiyi hərbi missiya xaricdən altı birtoplu qırıcı kater, 12 qırıcı kater, altı sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu, simsiz teleqraf qurğuları və digər hərbi texnika aldı. Eyni zamanda, Rusiya donanmasının admiralı, Şimal qütbü ekspedisiyasının iştirakçısı, türkəsilli İslamov Azərbaycana dəvət olundu və milli hərbi-dəniz qüvvələrinin formalaşdırılmasına dəstək verdi. “Astrabad”, “Qars” və “Ərdəhan” hərbi gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara həvalə edildi.

Lakin donanmanın maddi-texniki bazasının möhkəmləndirilməsi və milli kadrların hazırlanması ilə bağlı planlar 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində yarımçıq qaldı. Azərbaycanın hərbi donanması ləğv edildi və bu sahədə inkişaf uzun illər dayandı.

Müstəqilliyin bərpasından sonra isə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin yenidən qurulmasına başlanıldı. 1992-ci il aprelin 7-də Hərbi Dəniz Qüvvələrinin Qərargahı, mühafizə və təminat rotası yaradıldı, Xəzər Hərbi Dəniz Donanmasının 25 faizi və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycanın ixtiyarına verildi. Həmin il iyunun 26-da “Bakılı” keşikçi gəmisində ilk dəfə müstəqil Azərbaycanın dövlət bayrağı ucaldıldı.

Dənizçi kadrların hazırlanması istiqamətində də mühüm addımlar atıldı. Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı və ölkədə ali təhsilli dənizçi mütəxəssislərin hazırlanmasına başlanıldı.

Elə həmin il ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla 5 avqust rəsmi olaraq Hərbi Donanma Günü elan edildi. Bu gün Azərbaycan Hərbi Dəniz Qüvvələrinin şərəfli tarixini, dənizçilərin peşəkarlığını və ölkənin dəniz sərhədlərinin etibarlı mühafizəsində göstərdikləri xidmətləri ehtiramla yad edən əlamətdar tarix kimi qeyd olunur.

Xanım Aydın

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakını dənizdən görməyən adam Bakını tam görmüş sayılmır.

Ən son

GÜNDƏM

Avqustun 5-i Azərbaycanda Hərbi Donanma Günü kimi qeyd olunur. Bu əlamətdar tarix ölkənin dəniz sərhədlərinin

GÜNDƏM

Avqustun 5-i Azərbaycanda Hərbi Donanma Günü kimi qeyd olunur. Bu əlamətdar tarix ölkənin dəniz sərhədlərinin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin