Təsəvvür edin, adi təmir zamanı divarın arxasından bir məktub tapırsınız. Onu yazan insanlar isə 132 il əvvəl yaşayıblar.
Baki-baku.az xəbər verir ki, 2024-cü ildə Şotlandiyanın Korsuoll mayakında məhz belə bir hadisə baş verib. Texniki işlər aparan əməkdaşlar taxta örtüyün arxasında gizlədilmiş köhnə şüşə butulka aşkar ediblər.

Butulkanın içərisində 1892-ci il sentyabrın 4-də yazılmış məktub olub. Orada mayakın işıqlandırma avadanlığını quraşdıran mühəndislərin və həmin dövrdə çalışan nəzarətçilərin adları qeyd edilib.
Maraqlıdır ki, məktubu tapan mütəxəssislər də mayakın avadanlığı üzərində işləyirmişlər.
Beləcə, 132 il əvvəl eyni yerdə çalışan insanların qoyduğu kiçik yadigar əşya öz ünvanına çatıb.
Hacı Cavadov