Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/04/2026

Paylaşın

HƏR ŞEYDƏN

Veriçay kanyonu – Qələbinin qələsi

IMG-20260904-WA0030

Bolsulu çayları, gur bulaqları, sıldırım, ecazkar kanyonları ilə dünyaya meydan oxuyan ölkəmizin əlçatmaz, ünyetməz, əzəmətli kanyonlarından biri də Lerik rayonunun Veriçay kanyonudur.

Talış dağlarınının yaxasından süzülən, sərt – sıldırım qayaların bağrından qaynayan Veriçay şəlaləsi, Veriçay kanyonu kimi təkcə Vətənimizdə deyil, Qafqazda belə məhşurdur. Kənardan baxdıqda bir şəlalə kimi görünən Veriçay yuxarıdan aşağıya baxdıqda mirvari kimi düzülən beş şəlalə bütöv, tam görünür. Ən yuxarıda insanı əlçatmaz, gözəl, Yola şülə şəlaləsi qarşılayır. Bir az aşağıda isə nə az , nə çox düz 61 metr hündürlükdən guruldayıb dünyanı başına götürən Qoşa şülə şəlaləsi qərar tutur. Bu ecazkar gözəlliyin qoynunda insan duyğuları sel kimi çağlayır, macəra bitib-tükənmir.

Sıldırım qayaları keçdikcə, Yuxarı, Orta və Aşağı Qələbin şəlalələri boy verir. Bura hər kəsin vara biləcəyi məkan, gözəllik seyrangahı deyil, insandan dözüm, sağlamlıq və iradə tələb edir. Yalnız xarakterin əyilməzliyi, iradənin gücü ilə bu ecazkar gözəlliyin – Veriçay kanyonunun seyrinə dalmaq, zövq –səfasını yaşamaq mümkündür. Ağ duvağı xatırladan sıx qalın telləri, səs-küyü ilə meşənin içərisində gizlənən, dərin dərələrin lal sükutunu pozan, varlığı ilə Veriçay kanyonu üzərində nağılvari bir aləm yaradan, tək bir axından deyil, qeyd etdiyimiz kimi Talış dağlarının Peştəsər silsiləsində beş pilləyə bölünən, dəniz səviyyəsindən min metr yüksəklikdə yerləşən bu təbiət möcüzəsi – şəlalə kompleksi sıldırım qayalardan, kanyonlardan üzüaşağı baxanda insanı hürküdən dərələrə süzülür. Sıx meşə örtüyü və təbii dağ bulaqları sayəsində ilin bütün fəsillərində bolsulu olan Veriçay şəlalələr pantionu qızmar yay aylarında belə quruyub çəkilmir.

Hücünün üç möcüzəsi – Peyxsəddin Seyid ziyarətgahı, Gözəl bala və Böyük Hücü şəlaləsi

Füsunkar təbiəti ilə seçilən, insana hüzur bəxş edən qədim tarixi, zəngin mədəniyyəti ilə fərqlənən kəndlərdən biri də Hücü kəndidir. Lerik rayonunun ecazkar dağlarının ətəyində bina tutan Hücü həm də Hirkan meşələrinin qoynunda , yüksək dağlıq ərazidə yerləşdiyindən sıx meşələri, dumanlı mənzərəsi, təmiz havası ilə kamp və yürüş həvəskarlarının sevimli məkanlarındandır. Burada təbiətsevərləri Gözəl bala və Böyük Hücü şəlaləsi qarşılayır. Amma Hücü kəndi təkcə təbiət möcüzələrindən ibarət deyil, onun min illik sirli-soraqlı tarixi var. İslamdan öncəki Tunc və Daş dövrlərinə aid Daş-qutu qəbirlər, sənduqələr bu torpağın əski yaddaşından, qədim tarixindən soraq verir. Yerli sakinlər yüz illər boyu dualarını şəfa ocağı sayılan qədim Peyxsəddin Seyid ziyarətgahında ediblər. Seyidin məzarının quruluşunu miladdan öncə tarixi abidələr və tikililərlə müqayisə edən tədqiqatçılar Hücünün tarixə şahidlik edən qəbrstanlığını daş yaddaşımız, əski çağ dəyərlərimizlə bağlayırlar.

İki kəndin tək incisi – Toxəxil

Əsrlərdi gizli qalan qədim – qayım Lerikin yaddaş və saxlanc yerinə çevrilən, su müqəddəsliyinə dönən, Vizəzivo və Kücüvo kəndləri arasında yerləşən sirli-soraqlı Toxəxil yəni, Qaranlıq göl şəlaləsi sanki dağların yaxasından süzülən nur parçasıdır. Talış dilində Qaranlıq su hövzəsi anlamına gələn Toxəxil şəlaləsi elə unikal məkanda yerləşir ki, çayın içərisiylə sonuna qədər yürüş edilməsə, bir neçə metr yaxınlıqdan belə onu görmək mümkün deyil. Sıldırım qayalar günəşin qarşısını kəsdiyi üçün isti yay günlərində belə buranın havası və suyu buz kimi olur. Digər şəlalələr yayda qurusa da yeraltı sular, bulaq və çeşmələrlə qidalanan Toxəxil hər zaman gur axır. Əvvəllər bura yalnız yerli çobanların bildiyi gizli bir məkan, ilkinliyini qoruyan müqəddəslik olsa da, indi onun haqqında kifayət qədər bilgilər paylaşılır. Bu səbəbdən də uzaq-uzaq yerlərdən ziyarətinə çoxsaylı turistlər və təbiətsevərlər gəlir.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Bakı deyəndə ağla ilk gələn sözlərdən biri neftdir

Ən son

GÜNDƏM

Sentyabrın 4-də Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

GÜNDƏM

Sentyabrın 4-də Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin