Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/30/2026

Paylaşın

İdman

UEFA Konfrans Liqası: “Zirə” Sumqayıtda, “Neftçi” Bolqarıstanda meydana çıxacaq

IMG-20260730-WA0024

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün növbəti görüşlər keçiriləcək.

Baki-baku.az-ın məlumatına görə, Azərbaycan klublarından “Zirə” və “Neftçi” də cavab matçına çıxacaq.

“Zirə” Sumqayıtda Estoniya təmsilçisi “Payde”ni qəbul edəcək. Sumqayıt şəhər stadionunda, saat 20:00-da başlayacaq görüşün baş hakimi xorvatiyalı Patrik Kolariç olacaq.

Tərəflər arasında Estoniyada keçirilən ilk matçda Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda 0:1 hesabı ilə məğlub olmuşdu.

“Neftçi” isə Bolqarıstanda Belarusun “Dinamo” (Minsk) klubu ilə üz-üzə gələcək. Beroe şəhər stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanı şimali irlandiyalı FIFA referisi Tim Marşal idarə edəcək.

Komandalar arasında Bakıda baş tutan ilk matçda Belarus təmsilçisi 4:2 hesabı ilə qələbə qazanmışdı.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dilbər Axundzadə: “Müşfiq göz yaşı tökərək məni “Xırda burjua şairi” adlandıraraq “Xalq düşməni” elan edir, haqsız yerə üstümə

Ən son

GÜNDƏM

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi "Instagram" hesabında "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib.

GÜNDƏM

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi "Instagram" hesabında "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin