Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/27/2026

Paylaşın

GÜNDƏM

Bakıda növbəti bal yarmarkası keçirilir

Bal yarmarkası

Bu gün Bakıda – Heydər Əliyev adına İdman-Konsert Kompleksində 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasına start verilib.

Baki-baku.az xəbər verir ki, dekabrın 12-nə qədər davam edəcək yarmarkanı Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC və “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyi birgə təşkil edib.

Yarmarka hər gün saat 09:00-dan 20:00-a qədər fəaliyyətdə olacaq.

İştirakçılar növbəlilik prinsipi əsasında, ilk qeydiyyatdan keçən arıçılar arasından seçilib. Əsas tələblər təsərrüfatın 2026-cı il sentyabrın 1-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi və ən azı 40 arı ailəsinin olması olub.

Satış yerləri hər rayondan olan arıçıların sayına uyğun olaraq proporsional qaydada bölüşdürülüb. Yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib.

Bal Yarmarkasında yalnız keyfiyyət standartlarına cavab verən məhsullar satışa buraxılıb. İştirak ödənişsizdir və hər bir arıçı yarmarkada maksimum 450 kq bal (qablaşdırma ilə birlikdə) və 30 ədəd arı şanı satışa çıxara bilər. Arıçılar satış yeri, zəruri ləvazimatlar, marketinq və digər xidmətlərlə təmin olunublar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2022-ci ildən birgə həyata

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az xəbər verir ki, dietoloq bu barədə “Real Simple” nəşrinə danışıb.

HƏR ŞEYDƏN

Baki-baku.az xəbər verir ki, dietoloq bu barədə “Real Simple” nəşrinə danışıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin