Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/27/2026

Paylaşın

ƏDƏBİYYAT, Mədəniyyət

Türk Mədəniyyəti və İrsi Fondu “Oljas Süleymenov Azərbaycanın gözü ilə” kitabını təqdim edib

“Oljas Süleymenov Azərbaycanın gözü ilə”, Türk Mədəniyyəti və İrsi Fondu, Kitab, «Олжас Сулейменов глазами Азербайджана»

12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdirdiyi “Oljas Süleymenov Azərbaycanın gözü ilə” kitabının təqdimatı keçirilib. Kitabda görkəmli şairlə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev arasında baş tutmuş tarixi dialoqlar, Oljas Süleymenovun Ulu Öndər haqqında müsahibələri, eləcə də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin şairlə bağlı imzaladığı rəsmi sərəncamlar yer alıb.

Baki-baku.az xəbər verir ki, görkəmli qazax şairi, yazıçısı, mütəfəkkir və ictimai xadim Oljas Süleymenovun 90 illik yubileyinə həsr olunan nəşrin təqdimatında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, Azərbaycanın Xalq yazıçısı Elmira Axundova, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru Mehman Həsənli, kitabın müəllifi, filologiya elmləri doktoru, professor Nizami Tağısoy və filologiya üzrə fəlsəfə doktoru, şair Adil Cəmil çıxış ediblər.

Açılış nitqi ilə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Oljas Süleymenovun yalnız Türk dünyasının deyil, bütövlükdə bəşəriyyətin yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, şairin zəngin yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycanda hər zaman yüksək qiymətləndirilib, onun Azərbaycan xalqı və ziyalıları ilə münasibətləri xalqlarımız arasında dostluğun və mənəvi yaxınlığın parlaq nümunəsinə çevrilib.

Professor Aktotı Raimkulova çıxışında Oljas Süleymenovun Azərbaycanla əlaqələrinin onun həyat və fəaliyyətində xüsusi yer tutduğunu diqqətə çatdırıb. Şairin 1990-cı il 20 Yanvar faciəsindən sonra Bakıya gələrək Azərbaycan xalqına dəstək ifadə etməsi və faciəni törədənləri açıq şəkildə qınaması onun prinsipial mövqeyinin və Azərbaycanla həmrəyliyinin mühüm göstəricisi kimi qeyd olunub.

Tədbirin bədii hissəsində Azərbaycan Milli Dram Teatrının aktyoru Kazım Həsənquliyev Oljas Süleymenovun şeirlərini bədii qiraət şəklində təqdim edib. Daha sonra Serik Nurmoldayev və Jadra Musrepovanın ifasında dombra və jetigen alətlərinin müşayiəti ilə qazax musiqi nümunələri səsləndirilib. Bədii proqram iştirakçılara qazax mədəniyyətinin zəngin musiqi ənənələrini yaxından duymaq imkanı yaradıb.

Tədbirdə həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, eləcə də ədəbiyyat və mədəniyyət xadimləri, tədqiqatçılar və kitabsevərlər iştirak ediblər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Köhnə Bakı həyətlərində əsas “rabitə vasitəsi” ağciyər idi. Dostunu çağırmaq üçün onun pəncərəsinin altına gəlib adını qışqırırdın.

Ən son

ƏDƏBİYYAT, Mədəniyyət

12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən 2 dildə (türk

ƏDƏBİYYAT, Mədəniyyət

12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən 2 dildə (türk
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin