Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/30/2026

Paylaşın

HƏR ŞEYDƏN

“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilib

“Türk Dünyası Həftəsi”

“Türk Dünyası Həftəsi” çərçivəsində iyunun 29-da Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilib.

Baki-baku.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev çıxış edərək “Türk Dünyası Həftəsi”nin əhəmiyyətini vurğulayıb, təşkilatçı qurumalara təşəkkürünü bildirib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, yüz il öncə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqları arasında mədəni və elmi yaxınlaşmanın ideya əsaslarını möhkəmləndirərək gələcək əməkdaşlıq üçün strateji yol xəritəsini müəyyənləşdirib.

“Müasir dövrdə Türk dünyası yeni inkişaf mərhələsini yaşayır. Dövlətlərimiz arasında siyasi dialoq genişlənir, iqtisadi əməkdaşlıq dərinləşir, nəqliyyat və kommunikasiya əlaqələri güclənir. Bu proseslər fonunda mədəni əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Çünki ortaq tarix, dil və mədəni irs Türk dünyasının mənəvi təməlini təşkil edir”, – deyə nazir müavini bildirib.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədri Mehmet Öcal Oğuz, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qazaxıstan Milli Universitetinin rektoru professor Janseyit Tuymebayev və Türkiyə Elmlər Akademiyasının prezidenti Müzəffər Şəkər çıxış ediblər. Qeyd olunub ki, Birinci Türkoloji Qurultay türk xalqlarının zəngin elmi-ədəbi və tarixi mirasının öyrənilməsi sahəsində mühüm istiqamətlərin müəyyənləşdirilməsində müstəsna rol oynayıb.

Sonra konfrans işini “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası” mövzusunda panel sessiya ilə davam etdirib.

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Bayramlının (Osmanoğlu) moderatorluğu ilə keçirilən sessiyada Qazaxıstan Milli Elmlər Akademiyasının həqiqi üzvü Şerubay Kurmanbayulı, Qırğızıstan Milli Elmlər Akademiyasının həqiqi üzvü Sırtbay Musayev, Türk Akademiyasının vitse-prezidenti Bülent Bayram, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov çıxış edib, mövzu üzrə fikirlərini bölüşüblər.

Sessiyada türk xalqlarının mədəni və elmi inteqrasiyasının aktual məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının bəzi ərazilərində, ağaclarda qurdların kütləvi şəkildə müşahidə olunması ilə bağlı mübarizə tədbirləri aparılır.

Ən son

GÜNDƏM

Bakının iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlanma işləri aparılacaq.

GÜNDƏM

Bakının iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlanma işləri aparılacaq.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin