Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/22/2026

Paylaşın

GÜNDƏM

Tarixi memarlıq abidəsinin həyəti tullantıların mərkəzinə çevrilib, hadisə nəzarətə götürüldü – FOTOLAR

Nəsimi rayonu, Vidadi küçəsi 107

Bakının mərkəzində Nəsimi rayonu, Vidadi küçəsi 107 ünvanında Dövlət tərəfindən qorunulan, yerli əhəmiyyətli memarlıq abidəsi hesab olunan, 1907-ci ilə aid bina tullantıların mərkəzinə çevrilib.

Baki-baku.az xəbər verir ki, binada təmir işləri aparan sakin tullantıları binanın daxili həyətinə toplayıb. Təmir bitdiyi halda tullantılar kənarlaşdırılmayıb.

Sakinlər bildirir ki, bu vəziyyət artıq 1 aydır davam edir. Qeyd olunub ki, aidiyyəti qurumlara müraciət olunsa da, heç bir tədbir görülməyib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət ünvanladıq.

Bildirildi ki, Xidmətin əməkdaşları əraziyə gedərək binanın həyətinə baxış keçiriblər. Aparılan danışıqdan sonra sakin tullantıların bir neçə gün ərzində ərazidən kənarlaşdırılmasına dair öhdəlik götürüb. Məsələ nəzarətdə saxlanılır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az SOCAR-a istinadən xəbər verir ki, şirkətin kollektivi əvvəlcə Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin yeni enerji

Ən son

GÜNDƏM

Bakının mərkəzində Nəsimi rayonu, Vidadi küçəsi 107 ünvanında Dövlət tərəfindən qorunulan, yerli əhəmiyyətli memarlıq abidəsi

GÜNDƏM

Bakının mərkəzində Nəsimi rayonu, Vidadi küçəsi 107 ünvanında Dövlət tərəfindən qorunulan, yerli əhəmiyyətli memarlıq abidəsi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin