Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/16/2026

Paylaşın

GÜNDƏM

Tarixi-dini abidələrin qorunması mövzusunda Bakıda konfrans keçiriləcək

Bakıda sentyabrın 17-də “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək.
Bu barədə Baki-baku.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, konfrans Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, alimlər, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Konfransda dini-mədəni irs nümunələrinin mühafizəsi və restavrasiyasında müasir yanaşmalar, onların qorunmasında dini icmaların rolu, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan dini-memarlıq abidələrinin şəhərsalma mühitində əhəmiyyəti müzakirə olunacaq.
Həmçinin tədbir çərçivəsində “Mədəni-dini irsin qorunması: hüquq, təcrübə və imkanlar”, “Tolerantlıq və multikulturalizm ənənələrinin təşviqində tarixi-dini məkanların əhəmiyyəti” mövzularında panel sessiyaları baş tutacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ermənistanın Gorus şəhərində oktyabrın 8-də Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri arasında TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi

Ən son

GÜNDƏM

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud

GÜNDƏM

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin