Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/19/2026

Paylaşın

GÜNDƏM

Şuşada “Kitab dayanacağı” istifadəyə verilib

IMG-20260719-WA0005

Vaqif Poeziya Günləri çərçivəsində iyulun 18-də Azərbaycan Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “Azercell Telekom” MMC və “Aztelekom” MMC-nin tərəfdaşlığı ilə Şuşanın mərkəzində “Kitab dayanacağı” – ilk açıq hava kitabxanası istifadəyə verilib.

Baki-baku.az xəbər verir ki, layihənin məqsədi mədəniyyət paytaxtımız Şuşanın tarixi və ədəbi mühitinin təbliği, eləcə də şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsidir.

Açılış mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov,
“Azercell”in Korporativ ünsiyyət departamentinin direktoru Sona Abbasova iştirak ediblər.

Çıxışlarda bildirilib ki, açıq hava kitabxanası konsepsiyasında yaradılan layihə “Kitab dayanacağı” 24 saat fəaliyyət göstərəcək. Şuşa sakinləri və şəhərin qonaqları burada təqdim olunan kitablardan sərbəst şəkildə istifadə edə biləcəklər.

“Kitab dayanacağı”nın ilk qonağı müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi Vahid Əziz olub.

Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, şair, esseist Fərid Hüseynin moderatorluğu ilə keçirilən görüşdə Xalq şairinin yaradıcılıq yolundan söz açılıb.

Vahid Əziz şeirlərini səsləndirib, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yəqin ki, elə bir tamaşaçı tapılmaz ki, heç olmasa bir dəfə başqa bir zamana düşməyi arzulamasın. Uşaqlar gələcəyi

Ən son

GÜNDƏM

Vaqif Poeziya Günləri çərçivəsində iyulun 18-də Azərbaycan Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, "Azercell

GÜNDƏM

Vaqif Poeziya Günləri çərçivəsində iyulun 18-də Azərbaycan Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, "Azercell
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin