Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/21/2026

Paylaşın

Mədəniyyət

“Sultan Həsən Bahadur” filminin təqdimatı olub

"Sultan Həsən Bahadur"

Azərbaycan Televiziya və Radio Verilişləri QSC”nin sifarişi ilə hazırlanan “Sultan Həsən Bahadur” filminin təqdimat mərasimi keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bu ekran əsərinin milli kimliyin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini, süni intellektin yaradıcılığın yeni formalarından biri kimi qəbul edilməli olduğunu diqqətə çatdırıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bildirib ki, iki il əvvəl “Tariximizlə qürur duyuruq” layihəsinə start verilib və bu istiqamətdə sistemli fəaliyyət həyata keçirilir.

QSC sədri əlavə edib ki, tarixi yaşatmaq, onu gələcək nəsillərə çatdırmaq Azərbaycan Televiziyasının əsas missiyalarından biridir və sözügedən film də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə həsr olunub.

Qeyd edək ki, filmin rejissoru Mecit Güven, ssenari müəllifləri Sərvər Bayramov, Mahir Qəribov və Sevda Hüseyndir. Elmi məsləhətçiləri Səbuhi Əhmədov və Könül İmamverdiyeva, bəstəkarı Vüqar Camalzadə, rəssamı Reyhan Aslanova, prodüserləri isə Sərvər Bayramov və Ercan Kayadır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı-baku.az xəbər verir ki, Azərbaycan Dövlət Pantomima Teatrı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18–23 oktyabr 2026-cı il tarixlərində Özbəkistanın

Ən son

GÜNDƏM

28 oktyabr 2026-cı il tarixində Ankarada Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova

GÜNDƏM

28 oktyabr 2026-cı il tarixində Ankarada Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin