Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/11/2025

Paylaşın

GÜNDƏM

Skuter sürənlərə xəbərdarlıq edilib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsi skuterlə hərəkət edənlərə xəbərdarlıq edib.
Baki-baku.az xəbər verir ki, DYP-nin yaydığı məlumata əsasən, son illər ölkədə skuter və digər elektrikli fərdi hərəkət vasitələrindən istifadə hallarında əhəmiyyətli artım müşahidə olunur:
“Lakin, bu nəqliyyat vasitələrində hərəkət edən bəzi şəxslərin yol hərəkəti qaydalarına laqeyd münasibəti onların özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir”.
Bildirilib ki, skuterlərin istifadəsi zamanı ən çox rast gəlinən qayda pozuntuları sırasında bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır),piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət, işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi, gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət, azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması yer alır.
“Qeyd olunan bu cür davranışlar təkcə inzibati məsuliyyət doğurmur, eyni zamanda ağır nəticələrə səbəb ola biləcək qəzalara zəmin yaradır. Bir daha xatırladırıq: Skuter nəqliyyat vasitəsidir və onu idarə edən hər bir şəxs yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidir”,- xəbərdarlıqda qeyd olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Moldovada keçiriləcək Ejen İonesko Teatrının XIV Beynəlxalq İfaçılıq Sənətləri Festivalında iştirak edəcək.

Ən son

ƏDƏBİYYAT

Mirzə Ələkbər Sabir 1862-ci il mayın 30-da Şamaxıda anadan olub.

ƏDƏBİYYAT

Mirzə Ələkbər Sabir 1862-ci il mayın 30-da Şamaxıda anadan olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin