Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/24/2026

Paylaşın

GÜNDƏM

Səfir: Azərbaycanla Litva arasında musiqi sahəsində əməkdaşlıq üçün geniş imkanlar var

Litva, Литва, Кестутис Вашкелявичюс

Azərbaycan və Litva arasında ənənəvi və müasir musiqi sahəsində əməkdaşlıq üçün böyük imkanlar var.

Bu fikirləri Baki-baku.az-a müsahibəsində Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus bildirib.

“Azərbaycanda muğam var, Litvada isə sutartines adlanan qədim çoxsəsli mahnı ənənəsi mövcuddur. Bu ifa formasında əvvəlcə bir qrup oxumağa başlayır, bir qədər sonra isə digər qrup eyni melodiyaya qoşulur. Çox özünəməxsus və unikal polifonik effekt yaranır. Tekstil sahəsi də çox maraqlı istiqamət ola bilər. Azərbaycan dünyada öz xalçaları ilə məşhurdur, Litvanın tekstil məktəbi də geniş tanınır. Bu iki ənənənin bir araya gəlməsi maraqlı və dəyərli layihələrə yol aça bilər”, – deyə səfir vurğulayıb.

O qeyd edib ki, gənclər çox önəmlidir, xüsusilə yeni, müasir incəsənət nümunələri yaradan gənclər:
“Bu baxımdan Flüksus (red. – Fluxus, tərcüməsi “həyat axını” deməkdir) incəsənət hərəkatını da diqqətə çatdırmaq olar. Flüksus müxtəlif incəsənət janrlarını birləşdirən və dünyada tanınan sənət istiqamətidir. Bu hərəkat Nyu-Yorkda yaranıb, lakin onun əsasını litvaəsilli sənətçilər qoyublar.

Bildiyimə görə, Azərbaycanda da bu incəsənət növü ilə məşğul olan sənətçilər var. Ona görə də bu sahə ölkələrimiz arasında əməkdaşlıq üçün maraqlı istiqamətlərdən biri ola bilər”.

Müsahibənin geniş variantı ilə buradan tanış ola bilərsiniz.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Qızmar Bakı günəşinin nar qırmızısı, Xəzərin fırtınalı mavisi və Parisin romantik gümüşü

Ən son

Mədəniyyət

Bu gün Azərbaycan kinosunun ən parlaq simalarından biri, xalq artisti Rasim Balayevin doğum günüdür.

Mədəniyyət

Bu gün Azərbaycan kinosunun ən parlaq simalarından biri, xalq artisti Rasim Balayevin doğum günüdür.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin