Nəşr edilmişdir 10/02/2024

Paylaşın

XƏBƏRLƏR

Salyan şosesində təmir işləri başa çatıb

Salyan şosesində aparılan təmir işləri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir işləri sözügedən şosenin Bibiheybət şosesindən Lökbatan dairəsinədək olan 5,33 kilometr uzunluğa malik, ortalama eni 28 metr təşkil edən hissəsində icra olunub.

Şose boyunca müəyyən hissələrdə asfalt-beton örtükdə çat və qabarmalar müşahidə olunurdu. Bu isə rahat gediş-gəlişə maneə yaradırdı. İcra olunan təmir işləri ilə bu problem artıq aradan qaldırılıb.

Aparılan işlər çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşı düzülüb, həm yolun hərəkət hissəsinə, həm də piyada səkilərinin üzərinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə 150 min kvadratmetrdən çox əraziyə yeni asfalt-beton örtüyü döşənib.

Asfaltlanma işlərinin ardınca ərazidə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunub.

Hazırda sözügedən şose müasir görkəmdə istifadəyə verilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar əhaliyə müraciət edib.

Ən son

MEMARLIQ

İçərişəhərdə Cin məscidi adlanan maraqlı və qeyri-adi bir məkan var.

MEMARLIQ

İçərişəhərdə Cin məscidi adlanan maraqlı və qeyri-adi bir məkan var.