Nəşr edilmişdir 10/07/2024

Paylaşın

XƏBƏRLƏR

Rus Dram Teatrı Həştərxanda “Kapitan qızı” tamaşasını təqdim edib

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Həştərxanda keçirilən “Teatralnaya delta” III Beynəlxalq Festival-Forumunda iştirak edib və mədəniyyətlərarası dialoqun, millətlərarası münasibətlərin inkişafı xəttinin formalaşmasına güclü təkan verən tədbirin iştirakçısı kimi diploma layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan incəsənət ustaları Həştərxan Dram Teatrının səhnəsində Sankt-Peterburq rejissoru İqor Konyayevin quruluşunda “Kapitan qızı” tamaşasını təqdim ediblər. Tamaşa “Sankt-Peterburq teatr emalatxanaları” beynəlxalq layihəsi çərçivəsində Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsi, Xaricdəki Rusiya Teatr Xadimləri Assosiasiyası və “Baltik Evi” Teatr-Festivalının birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində təqdim olunub. Onun Bakıda premyerası 2023-cü ilin iyununda olub. 2024-cü ilin aprelində “Kapitan qızı” Sankt-Peterburqda keçirilən “Rusiyada görüşlər” XXVI Beynəlxalq Rus Teatrları Festivalında, 2024-cü ilin mayında isə Çexov Malikanə-Muzeyində ən qədim “Melixovskaya vesna” teatr festivalı çərçivəsində təqdim olunub.

Azərbaycan aktyorlarının təqdimatında Puşkinin yaradıcılığına olan böyük marağı Həştərxan Dram Teatrının tamaşa zalında boş oturacaqların olmaması və tamaşanın sonunda tamaşaçıların Azərbaycandan olan sənətçilərə ünvanlanmış sürəkli alqışları təsdiq edirdi.

“Teatralnaya delta” III Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Həştərxana gələn Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı kollektivinin üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Təqdimat mərasimində “Kapitan qızı” tamaşasının iştirakçıları, o cümlədən teatrın rejissoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Rusiya hökumətinin “Puşkin medalı”nın laureatı Ədalət Hacıyev və Azərbaycan diasporunun sədri Vahid Rəhimov iştirak ediblər.

“Teatralnaya delta” festivalının adı deltada böyük bir çayın yataqlarından onun qollarına və ayrı-ayrı axarlara ayrılan, nəticədə onların hamısının dənizə töküldüyü müxtəlif teatr formaları və janrlarını əks etdirir. Teatr bir sənət növü kimi dəniz mənasında göstərilir. Festivalın ümumi konsepsiyası rus dramaturgiyasının unikal dünyasına səyahətdir. Festival Həştərxan vilayəti Hökumətinin və regional Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” milli layihəsi çərçivəsində təşkil olunur.

FOTO

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı metrosunda istifadə qaydalarının pozulmasına görə bəzi cərimələrin məbləği artırılıb.Baki-Baku.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə

Ən son

GÜNDƏM

Çinin idarə olunan “Şencou-19” (“Shenzhou-19”) kosmik gəmisinin ekipajı Çin kosmik stansiyasında bir sıra süni fotosintez

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “The Goldman Sachs

GÜNDƏM

“Maqnit qasırğaları tac kütləsinin atılması və ya Günəşdə partlayışlar nəticəsində yaranır. Hazırda biz 25-ci Günəş