Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/16/2026

Paylaşın

GÜNDƏM

Respublika Uşaq Kitabxanasında yeni e-resurslar istifadəçilərə təqdim edilib

Respublika Uşaq Kitabxanası

F. Köçərli adına Respublika Uşaq Kitabxanası virtual oxucuların istifadəsi üçün Azərbaycan ədəbiyyatı, milli mədəniyyət, memarlıq irsi və tarixi-mədəni dəyərləri əhatə edən yeni elektron resurslar hazırlayıb.

Baki-baku.az xəbər verir ki, kitabxananın müxtəlif struktur bölmələri tərəfindən hazırlanan e-resurslar oxuculara zəngin məlumat bazalarından, virtual sərgilərdən, veblioqrafiyalardan və slayd materiallarından istifadə imkanı yaradır.

Ölkəşünaslıq və Milli Ədəbiyyatın Təbliği şöbəsi tərəfindən görkəmli Azərbaycan memarı, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi münasibətilə “Dahi memar Əcəmi Naxçıvani” adlı virtual sərgi hazırlanıb.

Altı bölmədən ibarət virtual sərgidə Əcəmi Naxçıvaninin həyat və fəaliyyəti, yubileyi ilə bağlı rəsmi sənədlər, memar haqqında kitab və dövri mətbuat materialları təqdim olunur. Sərgidə, həmçinin görkəmli memarın sənət irsi və yaradıcılığı barədə məlumatlar, eləcə də fotoqalereya yer alır.

Şöbənin digər elektron resursu “Tariximizin qərb qapısı” adlı məlumat bazasıdır. Resursda mövzu ilə bağlı ümumi məlumatlarla yanaşı, rəsmi sənədlər, görkəmli şəxsiyyətlərin fikirləri, kitab və dövri mətbuatda dərc olunmuş məqalələr təqdim edilir. Tarixi və mədəni irsin əyani şəkildə tanıdılmasına xidmət edən fotoqalereya da məlumat bazasının tərkib hissəsidir. Sonda istifadə olunmuş mənbələrin siyahısı təqdim edilir.

Məlumat-biblioqrafiya şöbəsi tərəfindən isə “Saza və sözə ömür verən ustad Aşıq Ələsgər – 205” adlı veblioqrafiya hazırlanaraq virtual oxucuların istifadəsinə verilib. E-resursda Aşıq Ələsgərin həyat və yaradıcılığı, şəxsiyyəti və sənəti haqqında dəyərli fikirlər, rəssamların yaratdığı portretlər, xatirəsinin əbədiləşdirilməsi, sözlərinə bəstələnmiş musiqilər və əsərləri haqqında məlumatlar əksini tapıb. Veblioqrafiyada, həmçinin Aşıq Ələsgərin əsərləri, onun haqqında yazılmış kitablar və dövri mətbuat materialları təqdim olunur.

Bununla yanaşı, virtual istifadəçilərin diqqətinə “Milli memarlıq irsi və müasir şəhərsalma” adlı slayd elektron resursu da təqdim edilib. Resursda “Şəhərsalma və memarlıq ili” ilə bağlı geniş məlumatlarla yanaşı, “Milli memarlıq irsinin qorunması”, “Memarlıqda müasir inteqrasiya” və “Azad ərazilərdə böyük quruculuq” bölmələri yer alır. Elektron resurs hazırlanarkən kitab və dövri mətbuat materiallarından istifadə olunub.

Yeni elektron resursların hazırlanmasında əsas məqsəd virtual oxucuların Azərbaycan ədəbiyyatı, milli mədəniyyət, memarlıq irsi, eləcə də Naxçıvanın zəngin tarixi-mədəni irsi haqqında biliklərinin genişləndirilməsi, milli-mədəni dəyərlərin təbliği və onların gələcək nəsillərə çatdırılmasına töhfə verməkdir.

Hazırlanan materiallar ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/veblioqrafiya/saza-v-soz-omur-ver-n-ustad-asiq-l-sg-r-205

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/slaydlar/s-h-rsalma-v-memarliq-milli-memarliq-irsi-v-muasir-s-h-rsalma

https://clb.az/elektron/QerbiAzerbaycan/index.htm

https://www.clb.az/multi-medi-a/virtual-sergi/dahi-memar-c-mi-naxcivani

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Klod Manyenin “Oskar” pyesi əsasında Xanım Aydının təbdili ilə hazırlanan “Pullu komediya”

Ən son

GÜNDƏM

Bunu Baki-baku.az-a açıqlamasında “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri və “Ekoturizm Assosiasiyası”nın icraçı

GÜNDƏM

Bunu Baki-baku.az-a açıqlamasında “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri və “Ekoturizm Assosiasiyası”nın icraçı
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin