Bir türk, azərbaycanlı olaraq milli dövlətçilik tariximizdə ötən əsrin əvvəlində Türkiyədə baş verən Qurtuluş Savaşının ayrıca yeri var. Bütün dövrlərdə qüdrətli sərkərdələr yetirən türk dünyası Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Həzi Aslanov kimi generallarla yanaşı, həm də Qazi Mustafa Kamal Paşanın, Ənvər paşanın, Nuru paşanın və Kazım Qarabəkir paşanın varlığı ilə qürur duyub. Onlardan biri də Türkiyə Cumhuriyyətində müdafiə naziri vəzifəsinə qədər yüksələn marşal Fevzi Çaxmaq paşadır. Fevzi Çaxmaq paşa bu görəvdə nə az, nə çox düz 22 il 6 ay qalıb. Qurtuluş Savaşının memarı, Qazi Mustafa Kamal Paşa Atatürkün bu əyilməz silahdaşı, Sakarya və Böyük Taarruz savaşında tarix yaradıb.
Məlumat üçün bildirək ki, “Atatürkün silah arkadaşı”, ordunun “Həzrəti” titulunu alan marşal Fevzi Çaxmaq paşa Çar Rusiyasının istilası zamanı qarapapaq türklərinin tarixi torpaqlarından – Borçalıdan Anadoluya hicrət edən bir qarapapaq ailəsində dünyaya gəlmiş, Sakaryadan Çanqaya köşkünə varan Qazilərin sırasında yer almışdır.
Şərəf Cəlilli