Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/25/2026

Paylaşın

HƏR ŞEYDƏN

Torpağın yağışla oyanan ətri

Petrikor, Torpaq, Yağış

İsti yay günündə yağmağa başlayan yağışın ilk damcıları yerə düşən kimi havada xoş bir qoxu hiss olunur. Hətta bəzən gözümüzlə yağışı görmədən onun başladığını bu qoxudan anlayırıq. Bəs suyun özünəməxsus qoxusu yoxdursa, yağışın ətri haradan gəlir?

Əslində, hiss etdiyimiz qoxu yağışa deyil, torpağa məxsusdur. Torpaqda yaşayan bəzi bakteriyalar geosmin adlı maddə istehsal edirlər. Yağış damcıları yerə düşdükdə həmin maddənin kiçik hissəcikləri havaya yayılır. İnsan burnu isə geosminə qarşı son dərəcə həssasdır.

1964-cü ildə avstraliyalı alimlər yağışdan sonra yaranan bu təbii ətri “petrikor” adlandırıblar. Onlar müəyyən ediblər ki, qoxunun yaranmasında bitkilərin quraqlıq dövründə ifraz etdiyi yağlar da mühüm rol oynayır.

Maraqlıdır ki, leysan yağışından fərqli olaraq, narın yağış torpaq qoxusunun havaya yayılması üçün daha əlverişlidir. Uzun müddət yağıntı olmadıqda isə bu qoxu daha güclü hiss edilir.

Yağışın ətrinin insanda xoş hisslər oyatması da təsadüfi olmaya bilər. Tarix boyu su insanların həyatda qalması, əkinçilik və məhsuldarlıq üçün mühüm əhəmiyyət daşıyıb. Bəzi tədqiqatçılar hesab edirlər ki, bu qoxuya olan sevgimizin kökləri uzaq keçmişə gedib çıxa bilər.

Bəlkə də elə buna görə yağışın ilk damcıları bir çoxumuzda izah etməkdə çətinlik çəkdiyimiz xoş hisslər oyadır.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin (ARKA) 2026-cı il üzrə elan etdiyi “Birgə film istehsalına dəstək” və

Ən son

GÜNDƏM

Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budrisin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 25-də

GÜNDƏM

Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budrisin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 25-də
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin