2026-cı ilin oktyabrın 1-i vəziyyətinə Bakıda 395 min 696 nəfər şəxs pensiya alır.
Baki-baku.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən məlumat verir ki, ölkə üzrə pensiya alan şəxslər daha çox Bakıda cəmləşib. İkinci yerdə 46 min 961 nəfərlə Naxçıvan, üçüncü yerdə isə 35 min 757 nəfərlə Sumqayıt qərarlaşıb. Ümumilikdə Azərbaycanda 1 milyon 94 min 186 nəfər pensiyaçı var.
Bakıda təyin olunmuş pensiyaların orta aylıq məbləği 820,88 manat təşkil edir. Məbləğə görə də ikinci və üçüncü yerləri müvafiq olaraq Naxçıvan (555,19 manat) və Sumqayıt (493,85 manat) tutur.