Nəşr edilmişdir 12/26/2024

Paylaşın

GÜNDƏM

Qəzada həlak olmuş şəxslərin xatirəsini yad etmək üçün Bakı Aeroportunda stend yaradılıb

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Qroznı reysini icra edərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Embraer” təyyarəsində həlak olmuş şəxslərin xatirəsini yad etmək üçün Heydər Əliyev adına Beynəlxalq Aeroportunda xatirə stendi yaradılıb.
Baki-baku.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) məlumat yayıb.
Vətəndaşlar yaradılmış xatirə stendinin qarşısına gül qoyaraq faciə qurbanlarının xatirəsini yad edirlər.
“Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində itirdiyimiz əziz insanları heç vaxt unutmayacağıq. Bu itkilər bütöv bir cəmiyyətin ürəyində yara açıb. Bu itki bizi daha həssas və bir-birimizə bağlı olmağa səsləyir. Məhz bu səbəbdən Bakı aeroportunda, Terminal 2-nin cənub girişində, quraşdırılan xatirə stendi xüsusi bir məna daşıyır. Stend hər kəs üçün açıqdır. Ziyarətçilər burada qəlblərindəki duaları, xatirələri və ehtiramlarını paylaşa bilərlər. Qəzada faciəvi şəkildə həyatlarını itirən insanların ruhları şad, xatirələri əbədi olsun”, – deyə məlumatda qeyd olunub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək

Ən son

GÜNDƏM

Prezident İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmuda təbrik məktubu göndərib.

GÜNDƏM

Prezident İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmuda təbrik məktubu göndərib.