Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/24/2026

Paylaşın

GÜNDƏM

Bakı Mərkəzi Asiya ölkələri üçün əsas aviasiya qovşağına çevrilir

Aviasiya

Bakı Mərkəzi Asiyanı qlobal aviadaşımalar bazarları ilə əlaqələndirən aviasiya qovşağı rolunu gücləndirir.

Baki-baku.az “Fly Central Asia” analitik platformasının məlumatına istinadən xəbər verir ki, bir həftə ərzində dörd Mərkəzi Asiya dövlətindən Heydər Əliyev Beynəlxalq Hava Limanına 70 müntəzəm aviareys həyata keçirilib.

Uçuşlar regionun 10 müxtəlif hava limanından həyata keçirilib. Aviadaşımaların həcminə görə lider Qazaxıstan olub. Bu ölkə ümumi reyslərin təxminən 59 %-ni – 41 uçuşu təmin edib. Almatı (ALA) hava limanından 11, Astanadan (NQZ) 8, Aktaudan (SCO) 10, Atıraudan (GUW) 6, Şımkent (CIT) və Aktobedən (AKX) isə ayrı-ayrılıqda 3 reys həyata keçirilib.

İkinci yerdə 18 reyslə Özbəkistan qərarlaşıb. Bu reyslərin 15-i Daşkənddən (TAS), 3-ü isə Səmərqənddən (SKD) yerinə yetirilib. Bişkekdən (Qırğızıstan) Azərbaycan paytaxtına 6, Düşənbədən (Tacikistan) isə 5 reys həyata keçirilib.

“Mərkəzi Asiyanın qlobal mülki aviasiya bazarlarına inteqrasiyası prosesi nəzərə alınmaqla, Bakı diqqətəlayiq olan daha bir mühüm aviasiya habıdır”, – şirkətin analitikləri vurğulayırlar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Ən son

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin