Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/04/2026

Paylaşın

GÜNDƏM

Prezidentin YAP-ın qurultayında qeyd etdiyi gələn il üçün sosial paketin artırılması dövlət siyasətinin əsas prioritetlərindəndir

YAP

Azərbaycanda sosial müdafiə sisteminin və vətəndaşların sosial təminatının daha da gücləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu məqsədlə son illərdə ardıcıl sosial islahatlar həyata keçirilir, əhalinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi artırılır.

Bunu Baki-baku.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həm yeni sosial islahatlar həyata keçirilir, həm də vətəndaşların sosial təminatının daha da yaxşılaşdırılması üçün mühüm addımlar atılır.

Onun sözlərinə görə, son 6 il ərzində 5 sosial paketin reallaşdırılması və bu məqsədlə 8 milyard manatdan artıq əlavə vəsaitin ayrılması dövlətin sosial siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını göstərir. Hər bir sosial paket təxminən 3 milyon vətəndaşı əhatə edib. Bu tədbirlər əhalinin müxtəlif təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə və həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Vüqar Bayramov qeyd edib ki, sosial siyasətin genişləndirilməsi növbəti illərdə də davam etdiriləcək.

O bildirib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında qeyd etdiyi kimi, 2027-ci ildə sosial paketin genişləndirilməsi, minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması nəzərdə tutulur.

Deputatın sözlərinə görə, artıq bu artımlarla bağlı xərclər 2027-ci ilin dövlət büdcəsində nəzərə alınıb. Belə ki, növbəti ilin dövlət büdcəsi xərclərinin 44 faizi sosial istiqamətə yönəldiləcək. Bu isə 18 milyard manatdan çox vəsaitin sosial sahəyə ayrılması deməkdir.

O vurğulayıb ki, sosial xərclərin bu həcmdə nəzərdə tutulması vətəndaşların sosial təminatının gücləndirilməsi ilə yanaşı, müxtəlif sosial proqramların həyata keçirilməsinə də imkan yaradacaq.

Vüqar Bayramovun fikrincə, həyata keçirilən tədbirlər yalnız cari sosial ehtiyacların qarşılanmasına deyil, həm də Azərbaycanda dayanıqlı və güclü sosial təminat sisteminin formalaşdırılmasına xidmət edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndinin işğaldan azad edilməsindən 5 il ötür.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin