Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/15/2026

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Baki-baku.az xəbər verir ki, Hakan Fidan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın “bir millət, iki dövlət” prinsipi əsasında daha da möhkəmləndiyi məmnunluqla qeyd edildi.

Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, alternativ enerji istiqamətində beynəlxalq bazarlara yeni çıxış yolları ilə bağlı fikir mübadiləsi aparıldı.

Ölkələrimizin logistika baxımından əhəmiyyəti, o cümlədən Avropa ilə Asiya arasında mühüm körpü rolu oynadıqları vurğulandı, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizin əlaqələndirilməsinin önəmi qeyd olundu.

Görüşdə ikitərəfli əlaqələrimizin perspektivləri, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparıldı.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xatırladır ki, 2020-ci il oktyabrın 9-da, Vətən müharibəsinin gedişində Azərbaycan Ordusu bir sıra strateji əraziləri işğaldan azad

Ən son

TARİX, TARIXI ŞƏXSİYYƏTLƏR

Aida xanım bütün ruhu, duyğuları, sevgiləri ilə Tanrının niqabını qaldırıb, dörd səma kitabının mələklərin qanadında

TARİX, TARIXI ŞƏXSİYYƏTLƏR

Aida xanım bütün ruhu, duyğuları, sevgiləri ilə Tanrının niqabını qaldırıb, dörd səma kitabının mələklərin qanadında
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin