Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/03/2026

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Laos, Azərbaycan, Azərbaycan-Laos

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Laosun yeni səfiri Siphandon Oybuabuddini qəbul edib.

Baki-baku.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı səfirin etimadnaməsini Laos Prezidenti Thonqlun Sisulitin ötən ay ölkəyə rəsmi səfərindən sonra təqdim etdiyini vurğulayıb. Prezident İlham Əliyev səfərin çox uğurlu olduğunu deyib. Bildirib ki, münasibətlərin dostluq xarakterini nümayiş etdirən bu səfər zamanı ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycan Prezidenti Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Laosun yüksək səviyyədə iştirak etdiyini deyib. Dövlət başçısı AQEM-in beynəlxalq nüfuzunun artdığını vurğulayıb, məhz ölkənin sədrliyi dövründə Laosun bu təşkilatın tamhüquqlu üzvü olmasının önəmini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il uzadılması ilə bağlı qərarın bütün üzv dövlətlər, o cümlədən Laos tərəfindən dəstəklənməsinə görə minnətdarlığını bildirib, bunu ölkəyə olan hörmətin nümunəsi kimi qiymətləndirib.

Dövlət başçısı səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Qəbula görə təşəkkür edən səfir Laos Prezidenti Thonqlun Sisulitin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirib, onun da salamlarını Laos dövlətinin başçısına çatdırmağı xahiş edib.

Səfir həmçinin qeyd edib ki, Laos Prezidenti Azərbaycana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və xalqa bir daha minnətdarlığını bildirir. O, Laos Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini dövlət başçısına çatdırıb.

Səfir fəaliyyəti dövründə əməkdaşlığın inkişafı istiqamətində səylə çalışacağını deyib.

Söhbət zamanı əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Noyabrın 16-da, məktəblilərin payız tətili günlərində Azərbaycan Dövlət Kukla Teatrında “Balaca səyyah” tamaşasının premyerası olacaq.

Ən son

GÜNDƏM

Son 1 ildə "Bakı Metropliteni" QSC-də NFC ilə 73 milyon 889 min 384 ödəniş həyata

GÜNDƏM

Son 1 ildə "Bakı Metropliteni" QSC-də NFC ilə 73 milyon 889 min 384 ödəniş həyata
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin