Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/02/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edib

“ExxonMobil”, ExxonMobil, Con Ardill, Darren Vudsun

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardilli qəbul edib.
Baki-baku.az xəbər verir ki, Con Ardill “ExxonMobil” şirkətinin rəhbəri Darren Vudsun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını şirkətin rəhbərinə çatdırmağı xahiş etdi.
Görüşdə “ExxonMobil” şirkətinin Azərbaycanda uzunmüddətli fəaliyyəti, o cümlədən “Azəri-Çıraq-Günəşli” layihəsində səhmdar qismində iştirakı qeyd olundu. Ölkəmizin neft-qaz potensialının reallaşdırılması istiqamətində SOCAR ilə “ExxonMobil” arasında bu gün imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə Azərbaycan Prezidentinə məlumat verildi.
Qonaqlar Azərbaycanda neft-qaz, enerji sahələrinin inkişafı üçün mövcud olan münbit şəraiti xüsusilə qeyd etdilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.

Ən son

GÜNDƏM

Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar

GÜNDƏM

Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin