Nəşr edilmişdir 03/13/2025

Paylaşın

SİYASƏT

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri, Jelka Tsviyanoviç, Bosniya və Hersoqovina

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə görüşüb.
Baki-baku.az xəbər verir ki, Prezident İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərini və səfər çərçivəsində Jelka Tsviyanoviç ilə keçirdiyi görüşü, aparılmış müzakirələri məmnunluqla xatırladı.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Qlobal Bakı Forumuna dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri bu Forumun yüksək səviyyədə təşkil olunduğunu, tədbir çərçivəsində qlobal gündəliyə aid mühüm məsələlərin müzakirə edildiyini vurğuladı.
Jelka Tsviyanoviç COP29 zamanı Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırladı, COP29 çərçivəsində əldə edilən nailiyyətləri yüksək qiymətləndirdi.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari, enerji, mədəniyyət və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri, Jelka Tsviyanoviç, Bosniya və Hersoqovina

8 Baxış sayı , 1 views today

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda bir küçədə hərəkət tam, digərində qismən məhdudlaşdırılır.

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.