Nəşr edilmişdir 10/21/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Paytaxtda kütləvi ağacəkmə aksiyaları davam edir

Ağacəkmə

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamının icrası ilə əlaqədar oktyabrın 21-də Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtın Yasamal rayonunda magistral yol kənarındakı boş ərazidə ağacəkmə aksiyası keçirilib.

Paytaxtda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlərə töhfə olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi işləri aparılır.

Bu gün keçirilən aksiya çərçivəsində icra qurumlarının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar şamları  əkilib.

Qeyd edilməlidir ki, aksiya Bakı şəhərinin bütün rayonlarında keçirilir və mövsüm ərzində paytaxtda yeni ağac, kol və güllərin əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər davam etdiriləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fevralın 28-də ilin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq. Baki-baku.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin

Ən son

GÜNDƏM

Zəfəran (Crocus sativus) bitkidir. İncə ləçəklərinə baxmayaraq, özündən sonra qalıcı iz qoyan, tarixi mənbələrə görə,

GÜNDƏM

Zəfəran (Crocus sativus) bitkidir. İncə ləçəklərinə baxmayaraq, özündən sonra qalıcı iz qoyan, tarixi mənbələrə görə,