Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/30/2026

Paylaşın

İQTİSADİYYAT

“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

"PAŞA Kapital”, “Ziraat Bank Azərbaycan”, İstiqraz

“PAŞA Kapital” İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb.

Baki-baku.az şirkətə istinadla xəbər verir ki, “Ziraat Bank Azərbaycan” ASC tərəfindən emissiya edilən ümumi həcmi 15 milyon manat olan korporativ istiqrazlar 30 oktyabr 2026-cı il tarixində “PAŞA Kapital”ın anderrayterliyi ilə açıq yerləşdirmə üsulu ilə tam həcmdə yerləşdirilib.

İnvestorların yüksək fəallığı ilə müşayiət olunan yerləşdirmə çərçivəsində 101 fiziki və 9 hüquqi şəxs olmaqla, ümumilikdə 110 investor tərəfindən 110 sifariş təqdim edilib. İnvestorlar tərəfindən istiqrazlara ümumilikdə 45 milyon 355 min 400 manat həcmində sifariş daxil olub. Nəticədə, istiqrazlara tələb təklif olunan həcmi 3 dəfədən çox üstələyib.

İstiqraz emissiyasının 100 %-lik yerləşdirilməsinə nail olunması “PAŞA Kapital”ın korporativ qiymətli kağızlar bazarındakı güclü mövqeyini və anderraytinq sahəsində peşəkar təcrübəsini bir daha nümayiş etdirir.
Faktiki yerləşdirilmiş istiqrazların investorlar üzrə bölgüsü aşağıdakı kimi formalaşıb:

· Hüquqi şəxslər: 14 976 100 AZN (99,84%);

· Fiziki şəxslər: 23 900 AZN (0,16%).

Beləliklə, yerləşdirilmiş istiqrazların əsas hissəsi hüquqi şəxslərin payına düşüb.

Hər birinin nominal dəyəri 100 manat olan 150 000 ədəd istiqraz investorlara illik 10% kupon gəliri və 12 aylıq tədavül müddəti ilə təqdim edilib. İstiqrazlar üzrə kupon ödənişləri rüblük əsasda həyata keçiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Yasamal və Səbail rayonlarında, eləcə də Abşeron rayonunun bəzi ərazilərində oktyabrın 30-da təmir işləri ilə əlaqədar elektrik

Ən son

İQTİSADİYYAT

“PAŞA Kapital” İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb.

İQTİSADİYYAT

“PAŞA Kapital” İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin