Bakıda “Sabah” və İspaniyanın “Barselona” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa 60 mindən çox bilet satılıb.
Baki-baku.az xəbər verir ki, liqa mərhələsinin V turunun qarşılaşması üçün indiyədək 62 min bilet alınıb.
Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq “Sabah” – “Barselona” matçı saat 21:45-də start götürəcək.