Nəşr edilmişdir 10/07/2024

Paylaşın

XƏBƏRLƏR

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 9 nəfər xəsarət alıb

Nizami rayonunda baş vermiş partlayışla bağlı araşdırma aparılır.

Bu barədə “Report“a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, oktyabrın 7-də, saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ünvanda yerləşən sexin ərazisində, ümumi sahəsi təxminən 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayış baş verib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

TƏBİB-dən “Report”a bildirilib ki, hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb edilib.

Məlumata görə, altı nəfər müxtəlif bədən xəsarətləri ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə hospitalizasiya olunublar. Onlardan 1 nəfərin vəziyyəti kritik ağır, 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Hazırda onların zəruri diaqnostik müayinələri aparılır.

Təcili tibbi yardım briqadaları tərəfindən 2 qadına nevrotik reaksiya diaqnozu ilə yerində yardım göstərilib.

Sol sağrı üstü nahiyənin kəsilmiş yarası diaqnozu təyin edilən 39 yaşlı qadın isə ilkin yardımdan sonra hospitalizasiyadan imtina edib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində fevralın 18-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya

Ən son

MEMARLIQ

Bakı tarixən Avropa və Asiya, mədəniyyət və ticarət qollarının kəsişməsində, İpək yolunun üstündə yerləşib. Bura

MEMARLIQ

Bakı tarixən Avropa və Asiya, mədəniyyət və ticarət qollarının kəsişməsində, İpək yolunun üstündə yerləşib. Bura