Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/05/2026

Paylaşın

HƏR ŞEYDƏN

Parisin rəmzini satmağı bacaran adam

IMG-20261105-WA0005

Eyfel qülləsinin sahibi olmadan onu satmaq mümkündürmü? İlk baxışdan elə gəlir ki, belə bir hadisə yalnız komediya filmində baş verə bilər. 1925-ci ildə Viktor Lüstiq adlı hiyləgər dələduz Parisin mərkəzində bu fırıldağı həyata keçirə bilib. Özü də o qədər uğurla edib ki, çox keçmədən eyni üsula yenidən əl atmaq qərarına gəlib.

Hər şey bir qəzet məqaləsindən başladı. Lüstiq qəzetdə Eyfel qülləsinin saxlanmasına böyük vəsait xərcləndiyi barədə məlumata rast gəldi. Həmin vaxt qüllə hələ indiki qədər böyük əhəmiyyət daşımırdı. Hətta vaxtilə onun sökülməsi də planlaşdırılırdı. Dələduz həmin vaxt anladıb ki, bu məlumatdan istifadə edərək pul qazana bilər.

O, saxta sənədlər hazırlayıb, özünü yüksək vəzifəli fransız məmuru kimi təqdim edərək metal qırıntılarının alqı-satqısı ilə məşğul olan iri sahibkarlara dəvətnamələr göndərdi. Məktublarda məxfi dövlət sövdələşməsindən bəhs edilirdi. Görüş yeri kimi Parisin dəbdəbəli “Kriyon” oteli seçildi.

Lüstiq sahibkarların qarşısında əsl tamaşa qurdu və bildirdi ki, guya təmir xərcləri həddindən artıq yüksək olduğuna görə şəhər rəhbərliyi Eyfel qülləsini sökmək qərarına gəlib. Qüllənin metal konstruksiyalarını — ümumilikdə 7300 ton metalı satmaq nəzərdə tutulurdu. Əsas şərt isə tam məxfilik idi: Paris sakinlərinin vaxtından əvvəl narazılığına səbəb olmamaq üçün məsələ gizli saxlanılmalı idi.

Dəvət olunanlar arasında sahibkar Andre Puasson da var idi. O, böyük bir sövdələşmə bağlamaq və işgüzar dairələrdə mövqeyini möhkəmləndirmək arzusunda idi. Lüstiq anladı ki, onu asanlıqla aldada biləcək.

Puassonda şübhələr yaranmağa başlayanda fırıldaqçı gözlənilməz addım atdı: sərfəli müqaviləni əldə etmək üçün ona rüşvət verilməli olduğuna eyham vurdu. Nə qədər qəribə səslənsə də, bu, iş adamının inamını daha da artırdı. Puasson düşünürdü ki, qarşısındakı dələduz deyil, sadəcə, rüşvətxor bir dövlət məmurudur.

Sahibkar pulu ödədi və qüllənin alınmasına dair saxta sənədləri əldə etdi. Lüstiq isə sövdələşmədən sonra dərhal Fransanı tərk etdi.

Ən təəccüblü hadisə isə bundan sonra baş verdi. Aldadılan sahibkar öz sadəlövhlüyünə görə o dərəcədə utanmışdı ki, polisə də müraciət etmədi. Bundan xəbər tutan Lüstiq Parisə qayıdaraq qülləni bir daha satmağa cəhd göstərdi, lakin bu dəfə planı baş tutmadı, çünki potensial alıcı sövdələşmənin saxta olduğundan şübhələnib polisə mürəciət etdi və bu səbəbdən fırıldaqçı ölkədən qaçmalı oldu.

Sonralar Lüstiq dələduzluq əməllərini ABŞ-də davam etdirdi. Onlarla saxta addan istifadə edib, saxta pul hazırlamaqla məşğul olub, hətta qanqster Al Kapone ilə bağlı bir fırıldaqçılıq əhvalatı ilə də məşhurlaşıb. 1935-ci ildə həbs edilib, 1947-ci ildə isə həbsdə olarkən vəfat edib.

Eyfel qülləsi bu gün də Parisin mərkəzində ucalır. Lüstiqin əhvalatı isə göstərir ki, bəzən insanları aldatmaq üçün inandırıcı sözlər, səliqəli geyim və onların tamahkarlığından istifadə etmək yetərlidir.
Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son 1 ildə "Bakı Metropliteni" QSC-də NFC ilə 73 milyon 889 min 384 ödəniş həyata keçirilib.

Ən son

HƏR ŞEYDƏN

Onların sırasında Tınaztəpə mağarasının və Darengenin “Aslan taşları”nın ayrıca yeri var.

HƏR ŞEYDƏN

Onların sırasında Tınaztəpə mağarasının və Darengenin “Aslan taşları”nın ayrıca yeri var.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin