2026-cı ilin sentyabr ayında kirayə xidmətində olan mikromobillik vasitələrindən istifadə üzrə rekord göstəricilər qeydə alınıb.
Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, ay ərzində mikromobillik vasitələri 547 min 758 dəfə sifariş olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 %-dən çox artım deməkdir.
Həmçinin ötən ay velosiped və skuterlərdən 264 min 50 nəfər istifadə edərək 2 milyon 647 min 688 km məsafə qət edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə mikromobillik vasitələrindən istifadə edənlərin sayı 19 %, qət edilən məsafə isə 98 %-dən çox artıb.
Bu rəqəmlər indiyədək qeydə alınmış ən yüksək nəticədir.