Nəşr edilmişdir 10/25/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Oktyabrın 25-i Qubadlının işğaldan azad olunduğu gündür

Qubadlı

Qubadlı: Şərqi Zəngəzurun incisi

Qədim yaşayış məskənləri, tarixi tikililəri, ovdan və kurqanları, qəbirüstü abidələri, zəngin mədəniyyəti, əski türklərin düşüncəsini özündə ehtiva edən oronim, oykonim, toponimləri ilə milli kimliyimizə ayna olmaqla yanaşı, Şərqi Zəngəzurun incisi hesab olunan Qubadlının 2020-ci il oktyabrın 25-də işğaldan azad olunması, düşmən caynağından xilas edilməsi Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin iradəsi, yürütdüyü daxili və xarici siyasətin tarixi əhəmiyyəti ilə bilavasitə bağlıdır.

Qarabağ xanı İbrahimxəlil xanın qardaşı Mehdiqulu xana bağışladığı kəndin üzərində qurulsa da, Qubadlının tarixi daha qədimlərə gedir. Adını Şirvanşah Şeyx İbrahim Dərbəndinin babası Keyqubadın adından alan, Güləbird kurqanlarının üzərində, Həkəri və Bərgüşad çaylarının yaxasında, Xan Çinarların kölgəsində binə tutan Qubadlı Mehbalı Əmiraslanov, Kamran Hüseynov kimi dövlət xadimlərinin, Süleyman Rəhimov, Əli Vəliyev, Məsud Əlioğlu, Afaq Məsud, Ramiz Rövşən kimi qüdrətli qələm sahiblərinin, Qaçaq Nəbi, Birinci Qarabağ savaşının qəhrəmanları Əliyar Əliyev, Adil Həşimov, Həsənqulu Qorxmaz kimi igidlərin diyarıdır. 1993-cü il avqustun 31-də Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilən Qubadlı rayonundan bir şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi, 115 iri və orta müəssisə , 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət mərkəzi, qədim yaşayış məskənləri, tarixi tikililər, insanların yüz illər boyu tikib qurduqları erməni daşnakları tərəfindən darmadağın edildi. Əhali didərginə – məcburi köçkünə çevrildi.

 44 günlük Vətən Müharibəsi, haqq savaşı nəticəsində işğaldan azad edilən Qubadlıya hilallı-ulduzlu, üç rəngli Bayrağımız sancıldı.

Artıq dörd ildir Qarabağın, Şərqi Zəngəzurun digər yörələri kimi Qubadlıya, Həkərinin, Bərgüşadın, “Qalalının”, “Göyqalanın”, “Cicim ocağı”nın yaxasına, “İnsanın insanı sevməsi, Allahı sevməsidir!” nidası ilə qələm çalan Mir Həmzə Seyid Nigarinin diyarına yeni nəfəs gəlib. Qubadlı tikilir, qurulur, ümid, inam dolu illərini, günlərini yaşayır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanda 512 hərbi qulluqçu Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunacaq. Baki-baku.az Maliyyə Nazirliyinə istinadla xəbər

Ən son

GÜNDƏM

 Bakıda 148 nəfər XII sinifdə təhsil alır. Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri

GÜNDƏM

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2025-ci il

GÜNDƏM

Hər il olduğu kimi bu il də dekabrın 31-dən yanvarın 1-nə keçən gecə çoxlu sayda