Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/12/2026

Paylaşın

GÜNDƏM

Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsr olunmuş konsert keçirilib

Mobil Əhmədov

Sentyabrın 10-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında vokal məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, professor Mobil Əhmədovun anadan olmasının 95 illiyi ilə əlaqədar “Ustadımın yolu ilə. Operetta inciləri” adlı konsert keçirilib.

Baki-baku.az xəbər verir ki, sənətkarın layiqli davamçısı Əməkdar artist, tanınmış opera ifaçısı Ramil Qasımovun və Musiqili Teatrın kollektivinin təşəbbüsü ilə keçirilən konsertin rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Tədbirdə Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov və Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu çıxış edərək Mobil Əhmədovun həyat və yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söz açıb, sənətkarla bağlı xatirələrini bölüşüblər.

Yubiley gecəsində Əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Ələkbər Əliyev, vokal artistləri Eleanora Mustafayeva, Aydan Həsənova, eləcə də teatrın xor kollektivi iştirak edib.

Tofiq Quliyev, Arif Məlikov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Səid Rüstəmov, Ramiz Mustafayev, Süleyman Ələsgərov, Azər Rzayev, Tofiq Quliyev, Əşrəf Abbasov, Polad Bülbüloğlu və digər tanınmış Azərbaycan bəstəkarlarının əsərlərindən seçilmiş ariya və duetlərin səsləndirildiyi, sənətkarın zəngin irsinə ehtiramın ifadəsi olan konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda Mobil Əhmədovun qızı çıxış edərək atasının xatirəsinə həsr olunmuş konsertin təşkilatçılarına minnətdarlığını bildirib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Sabah" komandası UEFA Çempionlar Liqasında maraqlı göstəriciyə imza atıb.

Ən son

GÜNDƏM

Payız mövsümünün gəlişi ilə əlaqədar paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra

GÜNDƏM

Payız mövsümünün gəlişi ilə əlaqədar paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin