Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/11/2026

Paylaşın

GÜNDƏM

Deputat: Nizami rayonunda təhlükə yaradan ağaclara aqrotexniki qulluqla bağlı müraciətimiz operativ həllini tapdı

Nizami rayonu, Ağac, Yaşıllaşdırma Təsərrüfatı Birliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə və digər aidiyyəti qurumlara ünvanladığımız müraciətlər nəticəsində Nizami rayonu üzrə M.X.Şərifli küçəsi 96 və 98 saylı binaların həyətində təhlükə yaradan, qurumuş ağaclarla bağlı aqrotexniki tədbirlər həyata keçirilib.

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

O qeyd edib ki, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və yaşıllıqların qorunması istiqamətində aidiyyəti qurumlarla əməkdaşlıq davam edir.

“Operativ yanaşmaya və görülən işlərə görə bütün aidiyyəti qurumlara, xüsusilə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarına və Nizami Rayon İcra Hakimiyyətinə təşəkkürümü bildirirəm.

Əziz həmvətənlər, təbiətin qorunması hər birimizin ümumi məsuliyyətidir. Gəlin yaşıllıqlarımızı qoruyaq, ətraf mühitə həssas yanaşaq və gələcək nəsillər üçün daha sağlam mühit formalaşdıraq!”, – deyə deputat diqqətə çatdırıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Ən son

GÜNDƏM

Prezident İlham Əliyev oktyabrın 5-də Avstriyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn

GÜNDƏM

Prezident İlham Əliyev oktyabrın 5-də Avstriyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin