Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/07/2026

Paylaşın

TARİX

Nefertiti — gözəlliyi, hakimiyyəti və sirri ilə tarixə düşən qadın

Nefertiti

Qədim Misirin saysız-hesabsız hökmdarları arasında elə bir qadın var ki, min illər keçsə də, adı hələ də sirr, gözəllik və güclə assosiasiya olunur. Bu qadın Nefertitidir. Onun məşhur büstünə baxan hər kəs eyni sualı verir: necə oldu ki, üç min ildən çox əvvəl yaşamış bir qadın bu qədər müasir və cazibədar görünə bilir?

Amma Nefertiti yalnız gözəlliyi ilə tarixə düşməyib. O, din dəyişdirən, imperiyanın siyasətinə təsir edən, fironla bərabər hakimiyyət sürən və ölümündən sonra belə alimləri çaşdıran qadın idi.

Nefertiti

Sirli mənşə

Nefertiti eramızdan əvvəl təxminən 1370-ci ildə Teben şəhərində doğulub. Maraqlıdır ki, onun haradan gəldiyi bu gün də tam məlum deyil.

Bir qrup tarixçi onun gələcək firon Ayın qızı olduğunu düşünür. Digərləri isə Nefertitinin Suriyanın şimalındakı Mitanni krallığından Misir sarayına göndərilmiş şahzadə olduğunu iddia edirlər.

Onun adı da sirrini daha da artırır. “Nefertiti” qədim misir dilində təxminən “Gözəl qadın gəldi” mənasını verir. Bu adın özü belə, onun xaricdən gəlməsi ilə bağlı fərziyyələri gücləndirir.

Fironun yalnız həyat yoldaşı yox, həm də siyasi tərəfdaşı

Nefertiti cəmi 15 yaşında gələcək firon Exnatonla evləndi. O vaxt fironun adı IV Amenxotep idi, lakin sonradan o, din islahatı apararaq adını Exnaton dəyişdi.

Exnaton Misirin ən qeyri-adi hökümdarlarından biri hesab olunur. O, yüzlərlə tanrının olduğu qədim dini dəyişərək yalnız günəş tanrısı Atona sitayiş edilməsini tələb etdi. Bu isə kahinlərin və köhnə din tərəfdarlarının ciddi narazılığına səbəb oldu.

Bu təhlükəli dəyişiklikdə Exnatonun ən böyük dayağı məhz Nefertiti idi.

Kraliça sadəcə saray gözəli deyildi. O, dövlət tədbirlərində iştirak edir, xarici elçiləri qəbul edir, dini mərasimləri idarə edir, xalq qarşısında çıxışlar edirdi.

Bəzi tarixçilər hesab edir ki, Nefertiti faktiki olaraq Misiri fironla birlikdə idarə edirdi.

Nefertiti

Günəş şəhəri — Axetaton

Yeni dini gücləndirmək üçün Exnaton və Nefertiti qədim paytaxtı tərk edib tamamilə yeni şəhər saldılar — Axexaton.

Bu şəhər bu gün Amarna adı ilə tanınır. Şəhər Nil çayının sahilində qurulmuşdu və yalnız Aton tanrısına həsr edilmişdi.

Nefertiti burada xalqın qarşısına tez-tez çıxırdı. Rəvayətlərə görə, saray eyvanından insanlara qızıl pullar səpir, bunu “Atonun hədiyyəsi” adlandırır, çıxışları ilə insanları valeh edirdi. Onun xarizması o qədər güclü idi ki, insanlar kraliçaya demək olar dini fiqur kimi baxırdılar.

Nefertitinin məşhur titulları

Qədim Misirdə titul insanın gücünü və nüfuzunu göstərirdi. Nefertitinin isə çoxsaylı və təsirli titulları vardı:

Vəliəhd şahzadə

Böyük tərif sahibi

Tanrı anası

İki torpağın qadını

Kralın baş həyat yoldaşı

Onun sevimlisi

Böyük kral arvadı

Qadınların qadını

Yuxarı və Aşağı Misirin sahibəsi

Bu titullar onun saraydakı adi qadın olmadığını açıq göstərir.

Nefertiti

Tutanxamonla qəribə ailə əlaqəsi

Nefertiti firona altı qız övladı dünyaya gətirdi. Lakin oğul varisin olmaması sarayda problemlər yaratdı. Daha sonra fironun digər həyat yoldaşı Kiya oğul doğdu — gələcəyin məşhur fironu Tutanxamon.

Ən maraqlı məqam isə bundan sonra baş verdi. Nefertiti saraydan uzaqlaşdırılsa da, siyasi təsirini itirmədi. O, balaca Tutanxamonu öz himayəsinə götürdü və sonra öz qızını onunla evləndirdi. Beləliklə, Nefertiti Tutanxamonun həm ögey anası, həm də qayınanası oldu. Bu addım ona hakimiyyətdə qalmaq imkanı verdi.

Nefertiti

Tarixin ən məşhur gözəllərindən biri

Bu gün Nefertitinin adı çəkiləndə insanların ağlına ilk olaraq onun möhtəşəm büstü gəlir.

1912-ci ildə alman arxeoloqları tərəfindən tapılan bu əsər hazırda “Neues Museum”də saxlanılır.

Büstün özəlliyi ondadır ki, üz cizgiləri son dərəcə simmetrikdir, boynu uzun və zərifdir, baxışları canlı təsir bağışlayır. Bir çox alimlər hesab edir ki, bu büst qədim dünyanın ən mükəmməl sənət nümunələrindən biridir.

Nefertiti

Ölümü də sirr olaraq qaldı

Nefertiti təxminən eramızdan əvvəl 1330-cu ildə öldü. Onun necə öldüyü bu gün də məlum deyil.

Əsas versiyalar bunlardır:

kahinlərin təşkil etdiyi sui-qəsd,

naməlum xəstəlik,

saray çevrilişi.

Ən böyük sirr isə budur: onun mumiyası hələ də tapılmayıb.

2015-ci ildə britaniyalı misirşünas Nikola Rives sensasiyalı fikir irəli sürdü: Nefertiti gizli otaqda, Tutaxamonun məzarında dəfn olunub.

Araşdırmalar həqiqətən də gizli boşluqlar aşkarladı. Lakin alimlər həmin divarların açılıb-açılmaması barədə hələ də mübahisə edirlər. Bəlkə də bəşəriyyət tarixinin ən məşhur qadınlarından biri hələ də bağlı divarların arxasında yatır.

Nefertiti haqqında maraqlı faktlar

Nefertiti Misirin ən zəngin dövründə hakimiyyətə gəlib.

Onun altı qızından yalnız üçü yetkin yaşa çatıb.

Exnaton və Nefertitinin öpüşünü göstərən barelyef tarixdə ilk romantik səhnələrdən biri hesab olunur.

Nefertiti bir çox film və kitablara ilham verib.

Alimlər onun bir müddət firon kimi təkbaşına ölkəni idarə etdiyini də istisna etmirlər.

Min illər keçsə də, Nefertiti hələ də insanları valeh edir. Çünki o, sadəcə gözəl qadın deyildi. O, hakimiyyətin necə idarə olunacağını bilən, insanları təsiri altına sala bilən və ölümündən sonra belə sirr olaraq qalmağı bacaran hökmdar idi.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda mayın 17-22-də keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) əsas tədbirlərini əhatə edən proqram artıq ictimaiyyətə

Ən son

GÜNDƏM

9, 10 və 11 may qeyri-iş günlərində Abşeron dairəvi dəmir yolu üzrə qatarlar həftənin şənbə

GÜNDƏM

9, 10 və 11 may qeyri-iş günlərində Abşeron dairəvi dəmir yolu üzrə qatarlar həftənin şənbə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin